Türkiyənin baş naziri: “Hərbi çevriliş cəhdinin qarşısını alarkən 208 nəfər həlak olub”

“Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdinin qarşısını alarkən 208 nəfər həlak olub”.

“Report”un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.

Onun sözlərinə görə, həlak olanlardan 60 nəfəri polis əməkdaşı, 3-ü hərbçi, 145-i isə mülki vətəndaşdır.