Yens Stoltenberq: “NATO üzvü olan ölkədə hərbi çevriliş baş verməməlidir”

NATO baş katibi Yens Stoltenberq bildirib ki, alyans üzvü olan ölkədə hərbi çevriliş baş verməməlidir.

AzEuroNews Reuters-ə istinadən xəbər verir ki, bunu Y.Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbəti zamanı deyib.

Bundan əlavə, NATO baş katibi Türkiyə hökumətinə tam dəstəyini ifadə edib.