Ərdoğanın daha bir yavəri Erkan Kıvrak saxlanılıb

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi ilə bağlı aparılan yoxlamalar zamanı prezident Rəcəb Tayyib Ərdoğanın daha bir yavəri Erkan Kıvrak saxlanıb.

AzEuroNews “Hürriyet”ə istinadən xəbər verir ki, prezidentin aviasiya məsələləri üzrə yavəri olan polkovnik-leytinant Erkan Kıvrak Antalyada saxta şəxsiyyət vəsiqəsi ilə istirahət edərkən tutulub.