15 200 əməkdaş vəzifəsindən kənarlaşdırılıb

Türkiyə Milli Təhsil Nazirliyinin mərkəz və əyalət təşkilatlarında çalışan 15 200 nəfər vəzifəsindən kənarlaşdırılıb.

AzEuroNews Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə nazirlik rəsmi açıqlama yayıb.

Həmin şəxslər barəsində istintaq başlanıb.

Nazirliyin məlumatında həmçinin mərkəz və əyalət təşkilatlarında çalışan əməkdaşların FETÖ/PYD ilə əlaqəli olub-olmaması ilə bağlı araşdırmaların başlandığı bildirilib.