`Ermənistanda silahlı üsyan baş verir` – Vardan Oskanyan

“Ermənistanda fövqəladə vəziyyət yaranıb. Silahlı üsyan var, qan tökülməsi ehtimalı var. Güc strukturlarının nümayəndələri əsassız güc tətbiq edərək vəziyyəti daha da gərginləşdirirlər”.

Bunu “Birlik” partiyasının lideri, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan yaydığı bəyanatda bildirib. Oskanyanın bəyanatı onun “Facebook” səhifəsində yerləşdirilib.

Bəyanatda daha sonra deyilir: “Belə bir vəziyyətdə artıq üçüncü gündür ki, baş nazir, parlament sədri və prezident susurlar. Dünyada elə bir başqa ölkə yoxdur ki, bu cür gərgin vaxtda ölkə rəhbərliyi xalqdan aralı dursun və sükutunu pozmasın. Prezident, parlament sədri, baş nazir, xalqla danışın, əks halda, sizin sükutunuz nə ölkənin daxilində, nə də xaricdə anlaşılmır”.