Kamal Sunalın filmlərinə görə məhkəmə olacaq

Mərhum aktyor Kamal Sunalın 36 filminin haqlarına sahib olan, həmkarları Hülya Koçyiğitlə Selim Soydana məxsus “Gülşah film” şirkəti yenidən məhkəmə qarşısına çıxacaq.

Türkiyə mətbuatının məlumatına görə, Kamal Sunalın oğlu Ali Sunal atasının filmlərinin televiziya satışından haqq istəyib.

2015-ci ildə baş tutan məhkəmədə aktrisa Hülya Koçyiğitlə ortağının 856 min lirə ödəməsinə qərar verilmişdi. Lakin onlar da qərardan təkrar şikayət etmişdilər. Bu günlərdə verilən yeni qərara görə, 856 minlik ödəmə ləğv olunub və məhkəmə yenidən keçiriləcək.

gulsah-film-azeuro-1