Middlton bahalı nişan üzüyünü göstərdi

40 yaşlı milyonçu Ceyms Mettyusla ailə qurmağa hazırlaşan Pippa Middlton nişan üzüyünü göstərib.

AzEuroNews xarici KİV-ə istinadən xəbər verir ki, Ceyms bir müddət əvvəl Pippa qarşısında diz çökərək, ona evlənmək təklifi etməkdən və barmağına üzük taxmaqdan çəkinməyib.

Biznesmenin bahalı hədiyyəsi Birləşmiş Krallıqda səs-küy yaradıb. Bütün paparassilər Middltonun üzüyünü çəkmək üçün bir-biri ilə yarışa girib.

Üzük görüntülənəndən sonra isə onun ətrafında müzakirələr başlayıb.

Bir çoxları Pippanın bacısı şahzadə Keyt Middltonun 12 əyyarlı üzüyünün daha fərqli və bahalı olduğunu bildirib.

middletonn-azeuro-1