Necati Şaşmaz Ərdoğanın evinin qarşısına gəldi

Türkiyədəki qaranlıq proseslərdən bəhs edərək məşhurlaşan “Kurtlar Vadisi” serialında baş rolu ifadə edən aktyor Necati Şaşmaz ölkədəki son hadisələrə münasibət bildirib. “İxlas” xəbər agentliyi xəbər verir ki, dünən gecə saatlarında Prezident Rəcəb Tayyip Ərdoğanın evinin qarşısına gələn aktyor hərbi çevriliş cəhdini pisləyib.

Əraziyə cəmləşmiş insanlarla fotolar çəkdirib, fikir mübadiləsi aparan Necati Şaşmaz ölkədə demokratik mühitin qorunması üçün hamının çalışmalı olduğöunu deyib: “Müstəqilliyimizi qoruyuruq. Dostlar lazım olan sözləri deyir. Mən də prezidentin çıxışını dinlədim. Hamı demokratiyanın keşiyində durmalıdır”.