Olimpiadaların tarixçəsi

Olimpiadalar hər dörd ildə bir keçirilən, dünyanın ən əhəmiyyətli idman qarşılaşmalarından biridir. Bir çox ölkədən həvəskar atletlər, hər dəfə fərqli bir dövlətdə keçirilən yaz və qış olimpiadalarında bir biri ilə yarışırlar. Olimpiadalar, 2700 ildən daha əvvəl Qədim Yunanıstanda min il ərzində davamlı olaraq keçirilmişdir. Köhnə Yunan mədəniyyətinin geriləməsi ilə, olimpiadalara olan maraq itmişdir. Daha sonra, 1896-cı ildə oyunlar təkrar canlandırılmışdır və o zamandan bəri ardıcıl olaraq təşkil olunur.