Rus generallar Ermənistana gedir

Bu gün Rusiya Silahlı Qüvvələrinin Baş operativ və Taktiki idarəsinin nümayəndə heyəti Ermənistana gedəcək.

Erməni KİV-lərinə istinadən xəbər veririk ki, səfər iyulun 22-nə qədər davam edəcək.

Ermənistan Müdafiə Nazirliyinin məsələ ilə bağlı yaydığı bəyanatda görüş zamanı bir sıra məsələlərin müzakirə ediləcəyini bəyan edib.

Bundan əlavə tərəflər Rusiya və Ermənistan Silahlı Qüvvələrinin qoşunların birləşdirilmiş qruplaşması haqqında sazişin imzalanmasına dair son müzakirələr və hazırlıq işləri aparılacaq.