Türkiyə Silahlı Qüvvələri: Qiyam tamamilə yatırılıb

Türkiyə Silahlı Qüvvələri ölkədə baş verən son hadisələrlə bağlı məlumat yayıb.

AzEuroNews Anadolu xəbər agentliyinə istinadən xəbər verir ki, hazırda Türkiyə Silahlı Qüvvələrinin birliklərində vəziyyətə nəzarətin tam təmin edilib:

“Dövlət çevrilişi cəhdi Türkiyə Silahlı Qüvvələrində başladılsa da, bunu etməyə çalışanların xalqımızın Peyğəmbər ocağı adlandırdığı Türkiyə Silahlı Qüvvələrinin Vətənini, xalqını, bayrağını sevən şəxsi heyəti ilə qəti şəkildə əlaqəsi yoxdur”.

Açıqlamada bildirilib ki, FETÖ terror təşkilatının iyulun 15-də axşam saatlarında başladığı dövlət çevrilişi cəhdinin qarşısı iyulun 17-də günorta saatlarında tam alınıb.

Qeyd olunub ki, bu rəzilliyi Türkiyə Respublikasına, şərəfli keçmişi olan Türkiyə Silahlı Qüvvələrinə, xalqa yaşadanlar ciddi şəkildə cəzalandırılacaqlar: “Hazırda Türkiyə Silahlı Qüvvələri demokratik hüquq sistemi içərisində dövlətimizin və millətimizin əmrində vəzifəsinin başındadır”