Türkiyədə dövlət çevrilişi cəhdindən sonra iki vertolyot və 25 xüsusi təyinatlı əsgər yoxa çıxıb

Türkiyədə dövlət çevrilişi cəhdindən sonra iki vertolyot və 25 xüsusi təyinatlı əsgər yoxa çıxıb.

“Hürriyet” xəbər verir ki, iki vertolyot naməlum məntəqədən Marmaris istiqamətində havaya qalxıb. Onların məqsədi ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı əməliyyatda iştirak etmək olub.

Məlumata görə, helikopterlər hələlik bilinməyən ərazidə qısa müddətə yerə enib, sonra isə yoxa çıxıb. Vertolyotların 25 nəfər xüsusi təyinatlı əsgəri göyərtəsinə qəbul edəcəyi planlaşdırıbmış. Amma çevriliş cəhdinin uğursuzluğa düçar olmasından sonra onlar naməlum istiqamətdə yoxa çıxıb.