Türkiyədə dövlət qulluqçularının məzuniyyəti ləğv edilib

Türkiyənin Baş naziri Binəli Yıldırım dövlət qulluqçularının illik məzuniyyətinin ləğv edilməsi barədə sərəncam imzaladı.

Trend-in “Resmi Gazete”yə istinadən verdiyi məlumata görə, həmçinin məzuniyyətdə olan dövlət qulluqçuları və tibb işciləri geri çağırılıb.

Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub.