Türkiyədə Fətullah Gülənlə bağlı kanallar və radiolar bağlanacaq

Türkiyənin Radio və Televiziya Yayım Qurumu (Radyo ve Televizyon Üst Kurulu) ölkədə baş verən uğursuz dövlət çevrlişindən sonra bəzi kanalları və radioları bağlayacaq.

“Anadolu” agentliyi xəbər verir ki, bağlanacaq kanallar ABŞ-da yaşayan Fətullah Gülənin hərəkəti ilə bağlı olan yayım qurumları olacaq.

Belə kanallar və radiolar aşkar edilsə, onların yayımı dayandırılacaq və lisenziyası alınacaq.