​”Qarabağ” Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazanıb

Azərbaycanı Çempionlar Liqası turnirində təmsil edən Ağdamın “Qarabağ” klubu turnirin növbəti mərhələsinə vəsiqə qazanıb.

II təsnifat mərhələsində mübarizə aparan Ağdam klubu bu gün Lüksemburqun “Düdelanj” klubu ilə səfər matçına çıxıb.

Görüşdə hesab 71-ci dəqiqədə “Düdelanj”ın futbolçusu Momar N’Diaye tərəfindən açılıb – 1:0. Məğlubiyyətlə barışmayan Ağdam klubu oyunun əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə Almeydanın qolu ilə hesabda bərabərlik yaradıb – 1:1.

Bakıda keçirilən ilk qarşılaşma 2:0 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatdığından (ümumi hesab 3:1) mərhələ adlayan Azərbaycan klubu olub.