Abdullah Gülün sabiq baş yavəri barəsində həbs qərarı verilib

Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan general barəsində həbs qərarı verilib.

Türkiyə KİV-ləri xəbər verir ki, Yüksekova Baş Prokurorluğunun göstərişi ilə saxlanılan general-mayor İsmail Güneşer hakim qarşısına çıxarılıb.

Məhkəmə türkiyəli komandanı “Konstitusiyanı pozmaq” və “FETÖ/PDY terör təşkilatına üzv olmaq”da ittiham edərək həbsxanaya salınmasına qərar verib.

Qeyd edək ki, İsmail Güneşer vaxtilə Türkiyənin 11-ci prezidenti Abdullah Gülün baş yavəri vəzifəsini icra edib.