Almatıda xüsusi əməliyyat keçirilir

Almatı polisi əməliyyat-axtarış tədbirləri həyata keçirir.

“İnterfaks” xəbər verir ki, şəhərin rayonlarından biri bütün perimetr üzrə əli silahlı maskalı və kamuflyajlı insanlar tərəfindən mühasirəyə alınıb. Həmçinin Qazaxıstan Milli Qvardiyasının hərbi texnikaları əməliyyat yerinə istiqamət alıb.

Xatırladaq ki, Almatıda törədilmiş terror aktı zamanı üçü polis məmuru olmaqla dörd nəfər həlak olub. Hücum edənlərdən biri cinayət yerində həbs edilib.