Baş nazirin müavini: Bütün hərbi texnika Türkiyə ordusunun nəzarəti altındadır

Bütün hərbi texnika, o cümlədən təyyarələr, gəmilər və helikopterlər Türkiyə Silahlı Qüvvələrinin nəzarətindədir.

Bunu Türkiyənin baş nazirinin müavini Numan Kurtulmuş yerli telekanala müsahibəsində bildirib.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin texnikalarının qiyamçıların nəzarəti altında qalması barədə yayılan məlumat dezinformasiydır.