Braziliyada “Whatsapp”a giriş məhdudlaşdırılıb

Braziliyada “Whatsapp” messencerinə daxilolmaların bağlanıldığı bildirilib.

AzEuroNews “bbc.com”a istinadən xəbər verir ki, Rio-de-Janeyro şəhərinin hakimi Daniela Barbosa de Souza ölkədə həyata keçirilən bir istintaq çərçivəsində proqramın idarəçilərinin istənilən məlumatları vermədikləri üçün “Whatsapp”ın bağlanması barədə qərar qəbul edib. Hakim məlumatların üç dəfə istənildiyi halda təqdim olunmamasından sonra bu qərara gəldiyini deyib.

Bundan başqa, “Whatsapp” lazım olan məlumatları verənədək hər gün üçün 15 min dollardan çox cəza ödəyə bilər.