Fransanın son əfsanəsi – Zinəddin Zidan

Fransa futbolu deyildikdə, ağla ilk Platini gəlir. O bir inqilab idi və bir daha o qədər böyük bir qabiliyyətin  gəlməsi çox çətin idi. Zinəddin Zidana qədər Platininin bütün müvəffəqiyyətlərini görməklə qalmayıb, yoldaşları ilə  Fransanın belə görə bilmədiyi zirvələrə yüksəldi. Zidan ailəsi 60-cı illərdə Əlcəzairdən Fransaya köç edir və 1972-ci ildə Zinəddin dünyaya gəlir. Məhəllə komandasında başlayır futbol həyatı, daha sonra “Kann” klubunun rəhbərliyi onu kəşf edər.Kannda bir ailənin yanına yerləşdirilən balaca Zidan, hələ 16 yaşında ikən A komandası ilə ilk 11də oyuna çıxır.Zidanın əfsanəvi karyerası başlayır: Bordo klubunda oynadığı dönəm Fransa millisinə dəvət edilir(burda UEFA Kubokunda final oynayır), Juventusa transfer olur və burada 2dəfə İtaliya çempiyonluğu yaşayır və 2dəfə Çempionlar ligi finali,Super Kubok,Qitələr arası Kubokda iştirak edir.

AzEuroNews wattpad.com-a istinadən xəbər verir ki, Fransa Millisində isə 3 Dünya və 3 Avropa Çempionatı finallarına qatılır. Platininin belə bacara bilmədiyi  Dünya Çempiyonluğuna nail olur və 1dəfə də 2ci olur və Avropa Kubokunuda qaldırır.

Fərdi müvəffəqiyyətlər: 3dəfə FİFA ilin futbolçusu,Dünya Kuboku Qızıl Top sahibi,France Football Avropa ilin futbolçusu,World Soccar ilin futbolçusu və bir çox mükafat sahibidir.

Zinəddin bir çox reklamda çəkilib və ona bir çox kitab həsr olunub.Hər zaman xeyriyyə fəaliyyəti ilə meşğul olub.

Zidan Qətərin 2022-ci ildə dünya çempionatının təşkilatçılığını əldə etməsinə görə 15 milyon dollar gəlir əldə edib. O, həmçinin BMT-nin xoşməramlı səfiri seçilib.