“Kəpəz” Avropa Liqasında mübarizəni dayandırıb

Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə “Kəpəz” klubu Avstriya “Admira”sını qəbul edib.

“Dalğa Arena”da keçirilən görüş rəqibin 2:0 hesablı qələbəsi lə başa çatıb.

Matçda hesab 17-ci dəqiqədə açılıb: Kristof Knasmüllner fərqlənib – 1:0. Komandalar fasiləyə bu hesabla yollanıb. İkinci hissədə qol axtarışına çıxan “Kəpəz” qapısında ikinci qolu görüb. Bu dəfə rəqib komandanın heyətində Patrik Şmidt adını tabloya yazdırıb.

İki oyunun nəticəsinə görə 3:0 hesabı ilə məğlub olan (İlk oyun 1:0) “Kəpəz” Avropa Liqası ilə vidalaşıb.