“Kiralık aşk”dan ayrılmasının səbəbi əri imiş

“Star TV”də yayımlanan “Kiralık aşk”ın Yasəməni, aktrisa Sinem Öztürk ekran işindən ayrılıb.

AzEuroNews Türkiyə KİV-inə istinadən xəbər verir ki, buna səbəb aktrisanın həyat yoldaşı Mustafa Uslu olub.

Sinem ailə qurmazdan əvvəl “Kiralık aşk”ın görüntü rejissoru Bekir Toplarla sevgili olub. Uslu xanımının onunla yenidən üz-üzə gəlməsini istəmədiyi üçün belə addım atıb.

Öztürk də Mustafanın Toplarla qarşılaşmasını istəmir. Elə buna görə də həyat yoldaşının tələbi ilə razılaşıb.

Sinem Öztürk Çetin Tekindor, Arsen Gürzap və Altan Erkeklinin də rol alacağı filmə çəkiləcək.