Lindsi Lohandan Türkiyəyə dəstək mesajı

Hollivud ulduzu Lindsi Lohan Türkiyəyə dəstək mesajı verib.

AzEuroNews Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, həm Türkiyədə baş verən hərbi qiyama, həm də Nitsadakı terror hadisələrinə toxunub.

O, İnstaqramda Fransa və Türkiyədə həyatını itirənlər üçün dua etdiyini və aldığımız hər nəfəs üçün şükr etdiyini bildirib:

“Gələcək üçün fikirləşin və bir şeylər edin”.