Loto oyununda yüksək miqdarda pul qazanan cütlük

Loto oyununda 15  milyon funt pul qazanan cütlük, bunu hər kəsdən iki həftə ərzində gizlədib.

AzEuroNews Times qəzetinə istinadən xəbər verir ki, onlar bu xəbəri istirahətə gedib, pulu xərcləyəndən sonra veriblər.

Elison və Con Doherti adlı bu cütlük Şotlandiyanın Renfruşire şəhərində olarkən xəbər aldılar ki, lottoda 14.671.343 funt pul udublar. Bu xəbərdən sonra,  onlar səhər Floridaya istirahətə gediblər.