Məşhur jurnalistin maşını partladıldı: özü həlak oldu

Bu gün səhər Kiyev şəhərinin mərkəzində məşhur jurnalist Pavel Şeremetin olduğu avtomobil partladılıb. “Ukrainskaya pravda” nəşri xəbər verir ki, jurnalist partlayış nəticəsində həlak olub.

Bildirildiyinə görə, maşın “Ukrainskaya pravda”nın rəhbəri Yelena Pritulaya məxsus olub.

Hələlik hadisə barədə açıqlama verilməyib.

44 yaşlı Pavel Şeremet son 5 il ərzində Ukraynada yaşayırdı. 2012-ci ildən “Ukrainskaya pravda” ilə əməkdaşlıq edirdi. 2015-ci ilin sentyabr ayından isə “Radio Vesti”də veriliş aparırdı.

Ukraynaya köçməmişdən əvvəl Şeremet Rusiyanın “Birinci kanal”ında çalışıb və həftəlik “Vremya” (“Zaman”) verilişinin aparıcısı olub. 2008-ci ildə televiziyadan getdikdən sonra “Oqonyok” jurnalının siyasət və cəmiyyət şöbəsinin redaktoru işləyib.

pavel-seremet-azeuro-1