Putin Ərdoğanın həyatını xilas etdi

Məlumdur ki Amerika Birləşmiş Ştatlarının Türkiyə İncirliyində 90 ədəd nüvə bombası var və buna baxmayaraq, Türkiyə, Rusiya Hava Kosmik Qüvvələrinə bazanı təqdim etməyə hazırdır- mesajı gülünc səslənir. Hər kəs bilir ki, Rusiyanın bir avtomobili, bazada bütün nüvə arsenalını zərərsizləşdirə bilər.

AzEuroNews cont.ws-ya istinadən xəbər verir ki, baxmayaraq ki,Türkiyə hökuməti sonra üzr istədi və Rusiya prezidenti ilə görüşdə bu haqda danışdılar, yenə də bu çox yersiz təklif idi .

“Qovorit Moskva”verlişində S.Şestov və İ.Qeorqadzenin sözlərinə görə, Türkiyədə baş vermiş bu hadisə, əvvəlcədən hazırlanmış bir plan idi. Onların fikirinə görə baş verənlərdə məqsəd  Rəcəb Tayyib Ərdoğanı, NATO və Almaniya ilə bağlı fikirlərində qorxutmaq idi. NATO-nun göz yumması ilə fəaliyət göstərən sui-qəsdçilər, vəzifəli dövlət adamlarını eləcə də medianı ələ keçirə bilmədilər.

Rusiyanın verdiyi yeni bir məlumata əsasən isə, Ərdoğan Rusiya hökumətinə kömək üçün minnətdarlığını və ABŞ prezidenti Barak Obamadan, bunları etdiyi üçün heyfini alacağını bildirdi.

Amerikanın, Türkiyə Prezidentini devirmək üçün planları Rusiya Federasiyasına 9 ay əvvəl məlum olub. Qiyamçıların planında, İŞİD terrorçularından istifadə edərək, Rəcəb Tayyib Ərdoğanın təyyarəsini partladıb yerinə Fətullah Güləni çıxartmaq idi.

İki həftə əvvəl,  Türkiyə Prezidentinin Russiyadan Su-24 təyyarəsi üçün üzr istədiyinə görə, Rusiya Federasiyası Türk liderinin təhlükəsizliyini qorumaq məqsədi ilə 25-ci polkun xüsusi təyinatlı dəstələrini göndərdi.

Qiyamçılar Türkiyə prezidentini Rusiya Federasiyasının xüsusi qüvvələri tərəfindən qorunmağını öyrənərək, məcburiyyətdən zərbə planını sürətləndirdi. Lakin buna baxmayaraq, onların planı istədikləri kimi nəticələnmədi.

Qiyamçılar Prezidentin qaldığı  “ Grand Yazici Club Turban” otelinə hücum etsədə, onlar prezidentin Rusiya xüsusi təyinatlı dəstələri tərəfindən “Casa De Maris” otelinə təxliyə edildiyini öyrəndilər.

Sui-qəsdçilərin planları baş tutmadıqda helikopter ilə Yunanıstana qaçdılar.Yunanıstan isə öz növbəsində onları Türkiyə dövlətinə təslim edəcəyini bildirdi.

Beləlikə uğursuz bir çevriliş nəticəsində 6 minə yaxın insan saxlanıldı.Onların arasında Türkiyə Prezidentinin baş hərbi müşaviri polkovnik Ali Yazıcı,general Akın Öztürk və İshak Dayıoğlu da  var.