Rza Zərrabın Zəncani ilə əlaqələri araşdırılır

ABŞ-da həbs edilən azərbaycanlı iş adamı Rza Zərrabın cinayət işi ilə bağlı yeni faktlar üzə çıxıb.

Rza Zərrab haqqında irəli sürülən 4 ittiham aktına xitam verilməsi və şəxsi mobil telefonundan dəlil kimi istifadə olunmamasına dair məhkəməyə müraciət edib.

Hazırda işi araşdıran prokuror Prit Bhararın iş adamının müraciətində cavab verməsi gözələnilir.

Sənəddə qeyd olunub ki, R.Zərrabın barəsində nəzərdə tutulan 75 illik həbs cəzası aşağı salınmalıdır. İş adamının vəkilləri buna səbəb kimi Zərrabın ABŞ vətəndaşı olmadığını qeyd ediblər.

Həmçinin bizesmenin ərizəsində vurğulanıb ki, onun hüquq-mühafizə orqanları tərəfindən ələ keçirilən mobil telefonu qısa müddət ərzində geri qaytarılmalıdır. Mobil telefonun məhkəmə üçün əsas dəlil sayılmadığı iddia edilib.

Z. Zərrab ərizəsində yazıb ki, mobil telefonun təhlükəsizlik şifrəsi qanunsuz yolla sındırılıb.
Bundan əlavə Zərrabın iranlı həmkarı Babək Zəncani ilə əlaqlərinin araşdırıldığı bildirilir.