Səudiyyə Ərəbistanının neft ehtiyatları 2 illik minimuma enib

Səudiyyə Ərəbistanı daxili tələbatın artması nəticəsində neft ehtiyatlarını azaldır. Bu barədə “The Wall Street” jurnalı yazır.

Cari ilin may ayında krallığın neft ehtiyatları 2014-cü ilin avqustundan etibarən minimuma enib. Ötən ilin oktyabr ayından isə neft ehtiyatlarının həcmi 12% azalaraq 289 mln. barrelə enib. Bu göstərici isə son 15 ildə ən uzunmüddətli geriləmədir.

Analitiklərin fikrincə, daxili tələbatı ödəmək üçün Səudiyyə Ərəbistanı hasilatı artırmaq istəmir. 2015-ci ilin avqustundan krallıqda hasilatın səviyyəsi günə 10,14 mln. barrellə 10,28 mln. barrel arasında dəyişir.