Türkmənistanda valyuta satışına məhdudiyyət qoyulub

Türkmənistanda valyuta satışına məhdudiyyət qoyulub.

AzEuroNews “Reuters” agentliyinə istinadən xəbər verir ki, neft və qaz satışından əldə edilən gəlirlərin azalması Türkmənistan hökümətini bu addımı atmağa vadar edib. Adının çəkilməsini istəməyən biznesmen “Reuters” agentliyinə açıqlamasında, Türkmənistan Mərkəzi Bankının yerli şirkətlərə təmamilə valyuta satışını dayandırdığını qeyd edib. Onun sözlərinə görə, valyuta satışı ancaq ölkə əhəmiyyətli layihələrdə yer alan və ölkənin imicini təmsil edən şirkətlərə həyata keçirilir.

Əhaliyə valyuta satışı isə hər bir fərdin aylıq əmək haqqı məbləği ilə məhdudlaşdırılıb. Ölkədə orta aylıq əmək haqqı isə 590 türkmən manatına (168,5 dollara) bərabərdir.