Əlillər üçün robot- Video

Desin kompaniyasının yeni istehsal etdiyi robot qısa müddət ərzində populyarlıq qazanıb.Obi adlı bu balaca robot əlil insanlar üçün hazırlanıb.

AzEuroNews naked-science.ru-ya istinadən xəbər verir ki, mətbəxt avadanlığına oxşayan Obi beyin iflici, Parkinson və s. bunun kimi xəstəliklərdən əziyyət çəkən insanlar üçündür.

Bu balaca robot bele insanların qida qəbul etmə prosesini asanlaşdırır. İçərisindəki 4 ədəd ayrı boşqaba qidanı yerləşdirəndən sonra, Obi xəstəni rahatlıqla yedizdirə bilir.

Obinin iki ayrı düyməsi var, onlardan biri robot əlin boşqablardan birinə doğru istiqamətini dəyişdirir, digəri isə seçilmiş boşqabdan prosesi işə salır.

Bu düymələri xəstə əlində saxlayaraq basıb istifadə edə bilər və ya ayağının altına yerləşdirə bilər.