Ərdoğan: “Çevriliş cəhdində başqa ölkələrin əli ola bilər”

Türkiyədəki silahlı çevriliş cəhdinin arxasında xarici dövlətlər dura bilər. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan «Əl-Cəzirə» telekanalına müsahibəsində deyib.

«Bu çevrilişin arxasında başqa dövlətlər dura bilər. Gülənçilərin (FETÖ terror təşkilatının üzvlərinin) ali şüuru var ki, bunu planlaşdıra bilərdi. Vaxt gələcək, bütün bu əlaqələr ifşa ediləcək», – Ərdoğan müsahibəsində deyib.