​Türkiyədə 3 ay müddətinə fövqəladə vəziyyət elan olunub – VİDEO

Türkiyədə dövlət çevrilişinə cəhddən sonra 3 ay müddətinə fövqəladə vəziyyət elan olunub.

“Report” xəbər verir ki, bunu 15 iyul gecəsi uğursuzluqla nəticələnən dövlət çevrilişi cəhdinin ardından Milli Təhlükəsizlik Şurası və Nazirlər Kabinetinin iclasından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Fövqəladə hal elanının qətiyyən demokratiyaya, hüquqa, azadlıqlara qarşı olmadığını qeyd edən Ərdoğan, bunun, tam əksinə, sözügedən dəyərləri qorumaq və gücləndirmək məqsədi ilə edildiyini bildirib.