Çində leysan yağışları nəticəsində bənd uçub, 34 min nəfər təxliyə edilib

Çinin Tyanmen şəhərində (Hubey əyaləti) bir neçə gün davam edən leysan yağışları nəticəsində bənd uçub.

TASS agentliyi xəbər verir ki, 34 min nəfərin təxliyə edildiyi bildirilir.

İyunun sonundan Çində yağan güclü yağışlar daşqın və yer sürüşmələrinə səbəb olub. Ümumilikdə ölkənin 1500 yaşayış məntəqəsinə ziyan dəyib. Son məlumatlara əsasən, təbii fəlakət 237 nəfərin həyatına son qoyub, 93 nəfər isə itkin düşmüş hesab edilir.