Çində təyyarə qəzaya uğradı

Çində, Şanxay ətrafında dəniz təyyarəsi qəzaya uğrayıb. Məlumata əsasən təyyarə uçuşdan 10 dəqiqə sonra avtomobil körpüsünün dirəyinə çırpılıb.

AzEuroNews 1tv.ru-ya istinadən xəbər verir ki, təyyarədə iki pilot və səkkiz sərnişin var idi. Fövqəladə vəziyyət yerinə gələn xilasedicilər insanları təxliyə etdilər.Təyyarədəki yaralıları  xəstəxanaya aparsalar belə, onlardan beşini xilas etmək mümkün olmayıb.

Onuda qeyd edək ki, yerli hakimiyyət orqanlarının dediyinə görə Şərqi Çində ilk dəfədir ki, belə bir qəzadan sonra, qəzaya uğramış “amfibi” təyyarəsinin sərnişin transferi üçün sertifikat verilib.