Conni Depp Ember Herdindən boşanır

Söz-söhbətlərdən yorulan Hollivud ulduzu Conni Depp boşanma prosessinin sakit keçməsi üçün əlindən gələni edir.

Xarici mətbuatın xəbərinə görə, aktyor bunun üçün keçmiş həyat yoldaşı Ember Herdin bütün tələbləri ilə razılaşıb.

Conni Emberin onun maddi durumu ilə bağlı bütün məlumatları almaq hüququna sahib olduğunu söyləyib. Depp bütün məlumatları verəcəyini bir şərtlə qəbul edib. Belə ki, Ember onunla məxfilik sazişi imzalamalıdır.

Müqavilə “Bu gün boşanma davası açıq elan edildi. Media hər iki tərəfin şəxsi həyatı haqqında yazmağa başladı. Boşanma ən səs-küylü prosesə çevrildi” sözləri ilə başlayır.

Conni qarşı tərəfin vəkilini mediaya xəbərlər ötürməkdə günahlandırıb və bunu qadağan edib. O, hər şeyin gizlin bitməsinin tərəfdarı olduğunu söyləyib.