Dəniz Səkiyə hökm oxuyan hakim də FETÖ-çü çıxdı

Məşhur türkiyəli müğənni Dəniz Səkini həbs etdirən hakim və vəkillər polis tərəfindən saxlanılıb.
AzEuroNews Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə hərbi çevrilişə cəhd əməliyyatlarında saxlanılanlar arasında müğənni Deniz Sekiyə hökm oxuyan hakim də tutulub.
 
Müğənninin həbsinə qərar verən hakim və vəkillərin Fətullah Gülənə bağlı olduğu bildirilir.
 
Müğənninin qardaşları Sərdar və Sərkan Səki bu barədə sosial şəbəkələrdə məlumatlar paylaşırlar. Qeyd olunub ki, cinayət işi ilə bağlı istintaqı həyata keçirən Bilal Bayraktar, hökm çıxaran Osman Kaya və Əşrəf Aksu, vəkillər Sədrəddin Sarıkaya polis tərəfindən saxlanılıb.
 
“Bunlar bizim ömrümüzdən səkkiz il oğurladılar. İlahi ədalət, nəhayət, öz yerini tapdı”,- deyə müğənninin qardaşları vurğulayıblar.