Donald Tramp hansı ölkələri Rusiyadan qoruyacağını açıqladı

Rəsmi olaraq Respublika partiyasının üzvü kimi ,Amerika Birləşmiş Ştatlarının prezidentliyinə namizəd olan Tramp, gələcəkdəki planları ilə bağlı açıqlama verdi.

AzEuroNews TACC agentliyinə istinadən xəbər verir ki, Amerikalı milyarder Donald Tramp, gələcəkdə  NATO ölkələrindən biri Rusiya Federasiyası ilə münaqişəyə girərsə, sadəcə Vaşinqtonun bütün tələblərini yerinə yetirən ölkəyə kömək edəcəyini açıqladı.

“Əgər biz əmin olsaq ki, Rusiya ilə münaqişədə olan ölkə, bizim verdiyimiz tələbləri yerinə yetirir,b iz o vaxt həmin ölkəyə Rusiyaya qarşı kömək edəcəyik”.