Dünyada ən qeyri-adi yol -Geciksəniz batarsız!- Video

Passaj Dyu Qua adlanan bu qeyri-adi yol körfəzin içərisindən keçərək Fransanın materik hissəsini Nuarmutye adası ilə birləşdirir.

AzEuroNews xarici mətbuata istinadən xəbər verir ki, gün ərzində iki dəfə suyun çəkilməsi nəticəsində bu yoldan istifadə etmək olur.Qalan vaxtlar isə yol 4 metr dərinliyində olan suyun altında qalır.

İlk dəfə bu yol 1701 –ci ildə aşkar edilib. 1840-cı ildən etibarən isə yolu insanların istifadəsinə veriblər. Hazırda yolun uzunluğu 4,5 kilometr təşkil edir.

Qısa olmayan bu yoldan istifadə, bir o qədər də təhlükəsiz deyil. Bunun üçün yolun hər iki başında suyun qalxıb enmə vaxtları qeyd edilib. Buna baxmayaraq, yenədə hər il burada insanlar suyun vaxtından əvvəl, tez qalxdığı hallarda tələyə düşürlər.

Belə vəziyyətlər üçün yolda xüsusi qalalar tikilib .İnsanlar orda oturub suyun enməsini gözləyə bilərlər.Lakin belə halda avtomobiləri xilas etmək mümkün olmur.