Ermənistanda iğtişaş yaratmaq faktı üzrə cinayət işi açılıb

Ermənistan İstintaq Komitəsi Yerevanda polis bölməsinə hücum faktı üzrə kütləvi iğtişaşların təşkili üzrə cinayət işi başlayıb.

Ermənistan KİV-ləri xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Son məlumatlara görə, kütləvi iğtişaşlarda bilavasitə iştirak etməkdə şübhəli bilinən 28 nəfər polis şöbəsinə gətirilib, onlardan 16-sı həbs olunub.

Saxlanılanlar 3 ildən 8 ilədək azadlıqdan məhrum edilə bilərlər.

Daha əvvəl Ermənistan hüquq-mühafizə orqanlarının etiraz aksiyasını dağıtdıqdan sonra 136 nümayişçini saxladığı məlum olub.

Silahlı qruplaşmanın bir neçə nəfəri girov götürərək ələ keçirdiyi Yerevanın Erebuni rayonunun polis bölməsinin binası yaxınlığında baş verən iğtişaşlar dünən gecə başlayıb.