“Ginnesin Rekordlar Kitabı”na düşən 97 yaşlı aktyor vəfat edib

Adı “Ginnesin Rekordlar Kitabı”na düşən qocaman aktyor Radu Beliqan vəfat edib.

“Associated Press” xəbər verir ki, rumıniyalı aktyor Radu Beliqan 97 yaşında ürəktutmasından dünyasını dəyişib.

Ömrünün son günlərinədək səhnədə olan aktyor 1937-ci ildən teatr səhnəsində çalışır. İlk dəfə “Cinayət və cəza” tamaşasında səhnəyə çıxan aktyor yaradıcılığı boyunca 80 tamaşada və 30-dan filmdə maraqlı obrazlar yaradıb.

2013-cü ildə aktyorun adı “dünyanın ən qocaman professional aktyoru” kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb. Baxmayaraq ki, Radu Beliqan Rusiyanın görkəmli teatr və kino aktyoru Vladimir Zeldindən kiçikdir.