İnglislərin Polosu əslində…

Çövkən, bəzən çovqan və ya çovka— Qarabağ atları ilə oynanılan qədim komanda oyunudur və müasir polo oyununun bir versiyasıdır. Bu idman növünün mahiyyəti ondan ibarətdir ki, iştirakçılar iki dəstəyə ayrılır və iki tərəfdən də dirəklərdən ibarət qapılardan topu keçirmək tələb olunur. Oyunda iştirak edən hər komandanın tərkibi 7 nəfərdən ibarətdir. Oyun ikihissəli olmaqla 30 dəqiqə davam edir.

AzEuroNews xəbər verir ki, çövkən yarışlarının Azərbaycanda çox qədimdən məşhur olduğu faktlarla təsdiqlənir. “Çövkən” sözü bəzi Azərbaycan mənbələrində “ağaccıq” kimi işlədilmişdir, oyununun adı da işlədilən alətin adı ilə adlandırılmışdır. Bu da ağacdan hazırlanmış, çövkən adlandırılan alətdir. Çövkəni oyunçular at belində bu alətin köməyi ilə oynayırlar.

2013-cü ildə çövkən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Təmsilçiləri Siyahısına daxil edilmişdir.