Jared Leto özünü rejissor kimi də sınadı

Tanınmış Hollivud aktyoru,musiqiçisi və Oskar mükafatının sahibi Jared Leto özünü rejissor kimidə sınadı.

AzEuroNews xarici mətbuata istinadən xəbər verir ki,  “30 Seconds to Mars” qrupunun lideri Jared, “Great Wide Open”(“Böyük Geniş Açıq”) adlı sənədli film çəkib.

Film Amerika Birləşmiş Ştatlarının təbii ehtiyatları haqqındadır.

Jared Letonun şəxsi təcrübəsinə, səyahətlərinə əsaslanan bu yeni filmdə o, ən yüksək zirvələrə, əlçatmaz dağlara dırmaşır.

“Great Wide Open” filminin ilk premyerası Los-Anjelesdə iyulun 19 tarixində keçirilib.

jaed-leto-azuro-1 jared-azeuro-1