Məşhur model evlənir..

Tanınmış Avstraliyalı super model Miranda Kerr ailə həyatı qurur. Victoria’s Secret –in  keçmiş modeli olan 32 yaşlı bu xanım 26 yaşlı milyarder ilə evlənir. “Mən ona hə dedim!” – sözlərini model öz şəxsi instaqram səhifəsində briliyant üzüyü olan fotoşəkilinin altında paylaşıb.

AzEuroNews xarici mətbuata istinadən xəbər verir ki, Mirandanın sevgilisi Evan Şpigel isə yaraşıqlı, 2,6 milyard ABŞ dolları sərvəti olan gəncdir.

Verilən məlumata görə, bu pullar ona ailəsindən qalmayıb o, bu sərvətin hamısını öz zəhməti ilə qazanıb.

Mirandanın dediyinə görə o, pul üçün evlənmir. Onun özünün 38 milyon ABŞ dolları dəyərində sərvəti var və o evlənmə müqaviləsi belə, imzalamağa hazır olduğunu bildirdi.

Evan və Miranda 2014-cu ildən görüşürlər. Onuda qeyd edək ki Miranda Evandan əvvəl Orlando Blumla (2011-2013)evli olub və ayrılıb. Hazırda onların Flinn adlı oğlu var.

miranda-azeuro-1

miranda-ker-azeuro-1