Messi ilə şəkil çəkdirmək üçün 1 km üzən azarkeş – FOTO

“Barselona”nın ulduz futbolçusu Lionel Messi İbizada adasında istiahət edir. AzEuroNews  gazetehaberleri -nə istinadən xəbər verir ki, tətilə olan oyunçuya maraq yetərincədi.

Messinin fanatı olan Suli adlı gənc də ələ düşən fürsətdən maksimum yararlanıb. Belə ki, 24 yaşlı Suli sahildən kənarda şəxsi yaxtasında dincələn Messini görüb və 1 km məsafəni üzərək onunla şəkil çəkdirmək eşqinə düşüb.

Messi də öz növbəsində fanatının arzusunu ürəyində qoymayıb və onu şəxsi yaxtasına dəvət adıb. Görüş başa çatdıqdan sonra ulduz oyunçu azarkeşə jest edərək onu sahilə öz qayığı ilə göndərib.