Mişel Obama Beyonsun mahnısını oxudu

ABŞ-ın birinci xanımı Mişel Obama “Avtomobil Karaokesi” (Carpool Karaoke) şousunda iştirakı qəbul edib və Britaniya komediyaçısı Ceyms Kordenlə Beyonsun, Stiv Uanderin və Missi Elliotun mahnılarının müşayiəti ilə səfər ediblər.

AzEuroNews spletnik.ru-ya istinadən xəbər verir ki, əvvəlcə Ceyms Mişelin arxasınca gedib. O, Ağ Evin mühafizə xidməti tərəfindən bir çox çətinliklərlə qarşılaşıb. Aparıcı və Barak Obamanın həyat yoldaşı Prezident İqamətgahının sahəsini gəziblər, Mişel Ceymsə nəyin harada yerləşdiyini deyib. Yeri gəlmişkən, diqqətli tamaşaçılar fikir veriblər ki, Kordenin avtomobilinin arxasınca mühafizə avtomobili izləyir.

Aparıcı və onun sərnişini Stiv Uanderin və Beyonsun mahnısı ifa ediblər, sonra avtomobilə müğənni Missi Elliot əyləşib və hər üçü onun düynyadakı bütün qadınların təhsilinə dəstək üçün yazılmış This İs For My Girls mahnısını ifa ediblər.