Rusiya təhdid etdi: “Gürcüstanın gələcəyi…”

Rusiya Gürcüstanın Krıma qarşı sanksiyalara qoşulmasına cavab verəcək.

Bunu Rusiya mətbuatına açıqlamasında Federasiya Şurasının Beynəlxalq Məsələlər üzrə Komitəsinin sədr müavini Vladimir Cabarov söyləyib.

Onun sözlərinə görə, Gürcüstan sanksiyalara qoşulmaqla yanlış addım atıb:

“Məncə, Gürcüstanın gələcəyi Rusiya ilə bağlı olacaq. Gürcüstanın sanksiyaları bizə təsir etmir. Onların bu addımına cavab veriləcək. Ən çox əziyyəti gürcülər çəkəcəklər. Gürcü şərabı olmadan yaşamaq olar, amma Rusiyanın köməyi olmadan yaşamaq çox çətindir”.

Qeyd edək ki, dünən Gürcüstan, Ukrayna, Monteneqro, Albaniya, Lixtenşteyn və Norveç Avropa Birliyinin Krıma qarşı sanksiyalarına qoşulublar.