Tanınmış müğənni Alla Puqaçova özünə aid,1989-cu ilin fonoqramı altında mahnı ifa etdi

67 yaşlı müğənni Vitebsk şəhərində keçirdilən “Slavyanskiy Bazar” festivalında “Молодой человек, пригласите танцевать”(Gənc adam, rəqsə dəvət edin) adlı mahnısını 25 il əvvəl yazılmış fonoqram altında oxudu.

AzEuroNews life.ru-ya istinadən xəbər verir ki, musiqinin fonoqram olduğunu bilməyən tamaşaçılar, Alla Puqaçovanın səsinin necədə cavanlaşdığı haqda danışaraq təəcübləndilər.

Lakin buna baxmayaraq, primadonnanın fanatları diqqətlə fikir verərək başa düşdülər ki ,bu 1989-cu ilə aid fonoqramdı.

Müğənni isə öz növbəsində fonoqram altında oxuduğuna baxmayaraq, bundan heç də narazı deyildi və çəkinmədən ifa zamanı iştirakçılarla danışmağı da çatdırırdı.