Türkiyə parlamenti ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqi barədə qərar qəbul edib

“Türkiyədə 3 ay müddətində fövqəladə vəziyyət elan olunması haqqında” qanun layihəsi ölkə parlamentində səsverməyə çıxarılıb.

Türkiyə KİV-ləri xəbər verir ki, səsverməyə qatılan 461 millət vəkilindən sənədin lehinə 346, əleyhinə isə 115 nəfər səs verib və qanun layihəsi qəbul olunub.

Sənəd Bakı vaxtı ilə gecə saat 02:00-da qüvvəyə minəcək.

Qanun layihəsi Türkiyə hökuməti tərəfindən Böyük Millət Məclisinə göndərilib.