“ABŞ Türkiyədə dövlət çevrilişinə hazırlıq cəhdindən xəbərsiz olub”

“ABŞ əvvəlcədən Türkiyədə hazırlanan dövlət çevrilişinə cəhddən xəbərsiz olub və onun bu cəhdlə heç bir aidiyyəti olmayıb”.

Bunu ABŞ prezidenti Barak Obama bəyan edib. “Bizim dövlət çevrilişinə cəhddən məlumatlı olmağımız barədə istənilən məlumatlar, habelə ABŞ-ın bu məsələdə hər hansı iştirakı haqda söylənilənlərin hamısı tamamilə yalandır. Və mən bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana bildirdim” – deyə Obama Meksika prezidenti Penya Neyo ilə danışıqların yekunları üzrə mətbuat konfransında bildirib.

“Türkiyədə belə şayiələrin yayılması insanlarımız (amerikalılar) üçün risk yaradır” – deyə o əlavə edib.