Azərbaycanın bütün məscidlərində Türkiyə şəhidlərinin xatirəsinə cənazə namazı qılınacaq

Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısını alan zaman şəhid olanların xatirəsinə Azərbaycanın bütün məscidlərində qaibanə cənazə namazı qılınacaq.

Bunu Qaxda vətəndaşlarla görüşündə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

O qeyd edib ki, bununla bağlı Azərbaycanın bütün məscidlərinə tapşırıq verilib: “Bu gün cümə namzaından sonra ölkədəki bütün məscidlərdə Türkiyədə dövlət çevrilişinin qarşısını alan zaman həlak olan şəhidlərin xatirəsi anılacaq, onların qaibanə cənazə namazı qılınacaq, ruhlarına dua oxunacaq”.